InnoFusion – gələcəyin innovativ peşəkarlarını yetişdirmək məqsədi daşıyan sosial təqaüd proqramıdır. Layihə çərçivəsində seçilmiş namizədlərə IT Brains Academy-də yüksək keyfiyyətli təhsil almaq imkanı yaradılır.
Namizədlər imtahan nəticələrinə əsasən 100%, 50% və ya 30% təqaüd qazanmaq imkanı əldə edirlər. Təqaüd məbləği layihənin tərəfdaş şirkətləri tərəfindən qarşılanır. Təhsil haqqının yalnız müəyyən hissəsi iştirakçının özü tərəfindən ödənilir.