Texnologiyada Öz İzini Qoy!

Texnologiya hər gün yenilənir, inkişaf edir, sərhədləri aşır.
Sən də bu böyük dəyişimin bir hissəsi olmağa hazırsanmı?

InnoFusion – texnologiya sahəsində karyerasını qurmaq, öz ideyalarını reallaşdırmaq və gələcəyi formalaşdırmaq istəyən istedadlı gənclər üçün nəzərdə tutulmuş təqaüdlü təhsil proqramıdır.

Əgər sən də:
  • Müxtəlif sahələrdə özünü inkişaf etdirmək, peşəkar mütəxəssislərdən təlim almaq, eal layihələrdə iştirak edib təcrübə qazanmaq istəyirsənsə,
InnoFusion tam da sənin üçündür!

💡 Təqaüd imkanları, peşəkar mentor dəstəyi, praktiki layihələr və şəxsi inkişaf təlimləri – hər biri bu proqramda səni gözləyir.

Background Right

Təqaüd Proqramları

Java Proqramlaşdırma

Java SE, Postgres Sql, Spring Boot, Git&Github, CI/CD

Müddət: 6 ay

Mobil Proqramlaşdırma

Dart, Flutter, Firbase, Git&Github, Local Storage, Deployment

Müddət: 6 ay

Front-End Proqramlaşdırma

HTML, CSS. JavaScript, React Js, Next Js, Git&Github

Müddət: 5 ay

C# Proqramlaşdırma

C#, Console, Asp.Net, .Net Core, MsSql Server

Müddət: 6 ay

Kibertəhlükəsizlik

Linux, Windows, Network, Python, Wireless Hacking, Web Hacking, AD Hacking

Müddət: 6 ay

Helpdesk/Şəbəkə inzibatçılığı

Sistem Bloku, Active Directory, Linux Fundamental, Osi model, IP adress, Subnet Musk, Routing, VPN növləri, Protocols

Müddət: 6 ay

Data Analitika

Python, Oracle SQL, MS Excel, Power BI

Müddət: 4 ay

Qrafik Dizayn

Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Corel Draw

Müddət: 4 ay

UX/UI Dizayn

Figma, Figjam, Google Analytics, Notion

Müddət: 5 ay

Niyə lT Brains Academy?

IT Brains Academy-nin məqsədi gənclərə və həvəsi olan hər kəsə karyera qurmaq və iş imkanları yaratmaqdır. Operativ işləyən komandaya sahib olan IT Brains Academy bu günə qədər minlərlə tələbəyə həm əyani, həm də onlayn formada öz töhfəsini vermişdir. Eləcə də, biz sizi Microsoft, Cisco, CompTIA, Adobe və s. kimi nəhəng şirkətlərin imtahanlarına hazırlaşdıraraq beynəlxalq sertifikatlı mütəxəssis olmağınıza zəmanət veririk. IT Brains Academy həmçinin böyük məqalə və video dərs bazasıdır. Belə ki, burada öyrənmək istədiyiniz sahələrə uyğun siz öz müəllim heyətimizin hazırladığı materiallar və video dərslərlə təmin edilirsiniz. Tədris və sistemimizin keyfiyyətini artırmaq məqsədilə IT Brains Academy daim sizin təklif və iradlarınıza məmnuniyyətlə cavab verməyə hazırdır.

InnoFusion təqaüd proqramı 1

2022-2023-cü illər ərzində IT Brains Academy, SABAH qrupları və Azərbaycan Texniki Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “InnoFusion” (IT Sahəsində Qadınlar) təqaüd proqramı yüzlərlə gənc xanıma texnologiya sahəsində öz karyeralarını qurma imkanı yaradıb. İlk mərhələdə 9 universitetin SABAH qruplarından 400 xanım tələbə bu proqramda iştirak edib və Front-End, Back-End Proqramlaşdırma, Helpdesk, Qrafik Dizayn və Rəqəmsal Marketinq sahələri üzrə 3 aylıq ödənişsiz və intensiv təlimlər alıblar. Təlimləri uğurla tamamlayan tələbələr imtahan və layihə təqdimatından sonra sertifikatla təltif olunub.

InnoFusion təqaüd proqramı 2

2023-2024-cü illər ərzində AzTU SABAH qrupları, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “IT Brains Academy” və “Technest University”nin tərəfdaşlığı və dəstəyi ilə təşkil olunan təlimlərimiz 3 ay davam edib. Bu layihə müddətində IT Brains Academy 180 tələbəyə yüksək keyfiyyətli təlimlər təqdim etmişdir. Proqram çərçivəsində iştirakçılar IT , Back-end proqramlaşdırma, Front-end proqramlaşdırma, Qrafik dizayn və Rəqəmsal Marketinq üzrə dərin bilik və praktiki bacarıqlar əldə etmişlər. Bu proqram rəqəmsal mühitdə uğur qazanmaq üçün tələbələrə hərtərəfli imkanlar yaratmaq məqsədli olmuşdur.

Tərəfdaşlar

Partner Logo Partner Logo Partner Logo Partner Logo Partner Logo Partner Logo
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

InnoFusion təqaüd proqramı 3

InnoFusion layihəsinin əsas məqsədi gənclərin əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi yetişməsini təmin etməkdir. Təqaüd proqramına qəbul müsabiqəsi ilkin qeydiyyat və imtahan proseslərindən ibarətdir. İmtahandan uğurla keçən namizədlər təqaüd qazanaraq IT Brains Academy-nin peşəkar mütəxəssisləri tərəfindən interaktiv və praktiki şəkildə təhsil alacaqlar. Proqram müddətində iştirakçılar üçün hakatonlar, seminarlar və vebinarlar da təşkil ediləcək. InnoFusion gələcəyini texnologiyada görən hər bir gənc üçün əla fürsətdir.

Tərəfdaşlar

Partner LogoPartner LogoPartner Logo

Tez-Tez Verilən Suallar

1. InnoFusion layihəsi kimlər üçün nəzərdə tutulub?

“InnoFusion” layihəsi informasiya texnologiyalarına marağı olan bütün gəncləri, xüsusilə də sosial həssas qruplara daxil olan şəxsləri hədəf alır. Layihənin məqsədi bu kateqoriyalara daxil olan gənclərə informasiya texnologiyaları sahəsində peşəkar bilik və bacarıqlar qazandırmaqdır.

2. Layihəyə necə müraciət edə bilərəm?

Layihəyə müraciət etmək üçün InnoFusion-un rəsmi müraciət formunu doldurmaq kifayətdir. Formaya layihənin sosial media səhifələrindən və ya rəsmi veb saytından daxil ola bilərsiniz.

3. Təqaüd imkanları nələrdir?

Layihə çərçivəsində iştirakçılara 100%, 50% və 30% olmaqla fərqli təqaüd imkanları təqdim olunur. Təqaüd dərəcəsi müraciətçinin sosial vəziyyəti və seçim mərhələsindəki göstəricilərinə əsasən müəyyən olunur.

4. Seçim prosesi necə həyata keçirilir?

Seçim prosesi üç mərhələdən ibarətdir: ilkin müraciət formasının dəyərləndirilməsi, imtahan nəticəsinin yoxlanması və son mərhələdə qısa müsahibə.

5. Tədris hansı müddəti əhatə edir?

Tədris proqramı sahələrdən asılı olaraq 4, 5 və ya 6 ay müddətində həyata keçirilir. Bu müddət ərzində iştirakçılar həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə edirlər.

6. Dərslər hansı platformada keçiriləcək?

Dərslər əsasən əyani formada IT Brains Academy-nin tədris mərkəzində keçiriləcək. Ehtiyac olduqda bəzi dərslər onlayn şəkildə təşkil oluna bilər.

7. Təhsili başa vurduqdan sonra diplom verilir?

Bəli, tədris proqramını uğurla başa vuran iştirakçılara akademiyamızın diplomu təqdim olunur. Diplom iştirakçının əldə etdiyi bilik və bacarıqları təsdiqləyir.

8. Əvvəlcədən IT biliklərim olmasa da müraciət edə bilərəm?

İlkin kompüter biliklərinə sahib olmaq lazımdır. Tədris proqramı sıfırdan başlayaraq mərhələli şəkildə öyrədilir və hər kəs üçün əlçatan olacaq şəkildə hazırlanıb.